"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino gələcək karyerası barədə danışıb. Matc az. xəbər verir ki, argentinalı mütəxəsiss  karyerasını İngiltərə və İspaniyada davam etdirmək istədiyini bildirib.

"Sevinərim ki, məşqçilik karyerama "Espanyol"da başlayıb sonradan İngiltərəyə gəlmişəm. Futbolun beşiyi İngiltərədir. Ancaq İspaniyada da səviyyəli liqa, yaxşı məşqçilər var. La Liqa oyunçular və məşqçilər üçün ideal bir yerdir. Məncə İngiltərə və İspaniya dünyanın ən yaxşı liqalarıdır. Mən də karyeramı bu ölkələrdə davam etdirmək istəyirəm"

Qetd edək ki, Poçettino mövsümə uğursuz başladığı üçün "Tottenhem"lə yolları ayırıb. O, ötən mövsüm London təmsilçisi ilə çempionlar Liqasınının finalına vəsiqə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest