İngiltərənin “Norviç Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.  Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Hoffenhaym” klubunun yarımmüdafiəçisi Lukas Ruppu sıralarına cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Bayer cari mövsümdə “Hoffenhaym”ın heyətində cəmi 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest