Almaniyanın "Hamburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi Münhenqladbax "Borussiya"sının müdafiəçisi Luis Bayeri sıralarına cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Bayer cari mövsümdə "Borussiya"nın heyətində cəmi 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest