Müqavilə ilə "Real"a məxsus olan, mövsümün ilk dövrəsini icarə əsasında "Valyadolid"də keçirən Andrey Lunin klubunu dəyişib. Matc.az xəbər verir ki, 20 yaşlı qapıçı "Ovyedo" klubuna keçib.
 
Bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lunin mövsümün sonuna qədər "Ovyedo"nun şərəfini qoruyacaq.
 
2018-ci ildə 8,5 milyon avro qarşılığında "Zarya"dan "Real"a keçən Lunin, bu mövsüm La Liqada 2 oyuna çıxmışdı. Qapıçı Ukrayna millisinin də üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest