Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama oyununun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Ağdam təmsilçisi yanvarın 18-də "Akademika Klinçeni" ilə üz-üzə gələcək. Rumıniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində həmçinin yanvarın 22-də "Jetisu" (Qazaxıstan), 25-də "Siqma" (çexiya) və "Visla Plok" (Polşa) klubları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest