Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçi sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olunub.

Turin klubu onun təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlayıb. Bu isə o deməkdi ki, mövsümü başa vuran Merih çox güman ki, AVRO-2020-ni də buraxacaq.

Qeyd edək ki, Merih Demiral A seriyasının XIX turunda "Roma" ilə görüşün (2:1) birinci hissəsində zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest