Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sabah" hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Bakılılar bu gün Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qarşılaşıb. Belekdəki "Titanik Mardan" stadionunda keçirilən görüş Bakı vaxtı ilə 18:30-da başlayıb.

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sabah" hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, bakılılar bu gün Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qarşılaşıb.

Belekdəki "Titanik Mardan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 18:30-da başlayıb.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə "Pakş"a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan "Sabah" "Akademika Klinçeni" ilə oyundan sonra daha iki sınaq matçı keçirməyi planlaşdırır.

 

Yoxlama görüşü
15 yanvar

"Sabah" - "Akademika Klinçeni" (Rumıniya) 0:0
Belek. "Titanik Mardan" stadionu

Sabah: 1. Saşa Stamenkoviç, 2. Elçin Mustafayev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 19. Təmkin Xəlilzadə, 30. Mario Marina, 11. Şakir Seyidov, 14. Rəşad Eyubov, 26. Ozan Can Kökcü, 23. Amadu Diallo, 10. Cavid İmamverdiyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest