"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen "İnter"lə ortaq məxrəcə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı futbolçu "neradzurra"nın təklifini qəbul edib.

Danimarka millisinin üzvü İtaliyaya yollanmaq üçün müqavilə müddətinin sonunu - yəni mövsümün axırını gözləmək istəmir. "İnter" də onu bu ay heyətinə qatmaq niyyətindədi. Bu səbəbdən milanlılar qarşı tərəfə 10 milyon avro təklif edib. Londonluların tələbi isə 20 milyon avrodu.

Hazırda klublar arasında danışıqlar davam edir. Keçid baş tutarsa, Eriksenin "İnter"də illik məvacibi 7,5 milyon avro olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest