Almaniya mətbuatı Bundesliqa III-ün bombardirinin UEFA Millətlər Liqasında Farer adaları və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırıldığını yazıb.

"Azərbaycanda anadan olmuşam və ailəm hazırda orda yaşayır. Bu üzdən milliyə dəvət almaq mənim üçün çox önəmlidi". Matç.az saytının məlumatına görə, bunu "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov deyib.

Almaniya mətbuatı Bundesliqa III-ün bombardirinin UEFA Millətlər Liqasında Farer adaları və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırıldığını yazıb.

Məsələ ilə bağlı açıqlama verən "Proyssen"in idman direktoru Malte Metzelder onu məmnuniyyətlə milliyə buraxacaqlarını söyləyib: "Rüfət bizim üçün uğursuz vaxtda yığmaya çağırılsa da, ona görə sevinirik. Qarşıdakı vacib qarşılaşmada ən önəmli qol "silahı"mızın xidmətindən yararlana bilməyəcəyik. Amma son aylar komandamızdakı parlaq çıxışının məntiqi sonluğu onun millisinə dəvəti olmalı idi".

Qeyd edək ki, oktyabrın 11-də Farer adalarının qonağı olacaq yığmamız ayın 14-də Maltanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest