Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşıb.

"Miracle" otelinin stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açsa da, sonradan geriyə düşüb. "Kimyaçılar" macarlara qarşı iki fərqli hesabla geriyə düşməsinə baxmayaraq oyunda tarazlığı bərpa edib. Lakin oyunun sonuncu dəqiqəsində macarlar daha bir qol vuraraq görüşdən qalib ayrılıblar.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 3 yoxlama görüşü keçirəcək.
Yoxlama görüşü
14 yanvar
16:00. "Sumqayıt" - "Kaposvar" (Macarıstan) 3:4
Qollar: Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 62, Amil Yunanov, 69
"Miracle" otelinin stadionu