Sabah keçiriləcək "Sumqayıt" – "Kapoşvar" (Macarıstan) matçının yeri və saatı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, qarşılaşma "Miracle" otelinin stadionunda yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) start götürəcək.
 
"Sumqayıt" – "Kapoşvar" matçı daha əvvəl Bələk bölgəsindəki "Topkapı" otelinin stadionunda keçirilməli və saat yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest