"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etamenin yeni iş yeri məlum olub. Matç.az xəbər verir ki, 31 yaşlı hücumçu Türkiyənin "Adanaspor" klubuna transfer olunub. 
 
Bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Etameylə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Kamerunlu futbolçu 2013/14 mövsümündə "Xəzər Lənkəran"da forma geyinmişdi. O, Lənkəran təmsilçisində 35 oyunda 11 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest