Yığmamızın üç üzvü xalça üzərinə çıxıb.
Əfqan Xaşalov mundiala inamlı start verib. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb.

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Matç.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Yığmamızın üç üzvü xalça üzərinə çıxıb.
Əfqan Xaşalov mundiala inamlı start verib. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb. Ancaq Xaşalov 1/4 finalda özbəkistanlı idmançıya müqavimət göstərə bilməyib.

Əli Rəhimzadənin ilk görüşü ağır mübarizə şəraitində keçib. Kanada təmsilçisiylə qarşılaşmada hesabda 1:3 geridə olan Rəhimzadə son saniyələrdə əldə etdiyi 2 xal sayəsində növbəti mərhələyə yüksəlib. Əli Moldova nümayəndəsini də üstələyərək, adını yarımfinala yazdırıb. Yarımfinal görüşü axşam seansında keçirilib. Macar güləşçidən də güclü olan Rəhimzadə finala vəsiqə qazanıb. Pəhləvanımızın qızıl medal uğrunda mübarizəsi noyabrın 17-də axşam seansında baş tutacaq.

Füzuli Hüseynov gürcü rəqibiylə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.

57 kq
1/4 final - Əfqan Xaşalov - Cahangirmirzə Turabov (UZB) 2:12
1/8 final - Əfqan Xaşalov - Roberti Dinqaşvili (GEO) 6:1

65 kq
FİNAL - Əli Rəhimzadə - Rey Hiquçi (JPN)
1/2 final - Əli Rəhimzadə - Roman Aşarin (HUN) 5:3
1/4 final - Əli Rəhimzadə - Maksim Sakultan (MDA) 4:1
1/8 final - Əli Rəhimzadə - Dillon Emmanuel Uilyams (CAN) *3:3

70 kq
1/8 final - Füzuli Hüseynov - Georgi Sulava (GEO) 2:12

Noyabrın 15-də mübarizəyə qoşulan qadınlardan ibarət yığmamızın son iki üzvü isə ayın 16-da həlledici qarşılaşmalara çıxıb. Alyona Kolesnik təsəllivericinə qalib gəlsə də, bürünc medal mübarizəsində Monqolustan təmsilçisinə yenilərək 5-ci yerlə kifayətlənib. Elis Manolova isə final qarşılaşmasını keçirib və yapon rəqibinə uduzaraq gümüş medalçı olub.

57 kq
Bürünc medal görüşü - Alyona Kolesnik - Tserençimed Suxee (MGL) 3:11
Təsəlliverici görüş - Alyona Kolesnik - Tamara Dollak (HUN) 12:3 (tuşe)

65 kq
Final - Elis Manolova - Ayana Qempey (JPN) 3:7

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest