"Barselona"nın müdafiəçisi Jan-Kler Todibo karyerasını Almaniyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu mövsümün ikinci yarısını "Şalke"nin heyətində keçirəcək.

Kataloniya klubu əsas heyətə düşə bilməyən 21 yaşlı mərkəz müdafiəçisinin oyun praktikası toplaması üçün "Şalke"nin icarəyə götürmək təklifini müsbət cavablandırıb. Todibo artıq bu gün Bundesliqa təmsilçisində tibbi müayinədən keçəcək və mövsümün sonuna qədər "Şalke"nin formasını geyinəcək. Ancaq "Şalke" onu birdəfəlik transfer hüququna malik olmayacaq. Yəni Todibo mövsümün sonunda "Barselona"ya qayıdacaq.

Qeyd edək ki, Jan-Kler Todibo La Liqa təmsilçisinə ötən ilin yanvarında "Tuluza"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest