Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun əsas Bundesliqada oynamaq şansı yaranıb. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, "Paderborn" 28 yaşlı forvardın transferində maraqlı olub.

çempionatda işləri yolunda getməyən "Paderborn" ilk dövrədən sonra 12 xalla Bundesliqanın son pilləsində qərarlaşır. Klub rəhbərliyi "zirzəmi"dən qurtulmaq üçün heyəti gücləndirməyə çalışır. Baş məşqçi Steffen Baumqart hücum xəttindəki problemin məhz Dadaşovla həll edilməsini istəyib.

Lakin "Paderborn" millimizin hücumçusu uğrunda mübarizədə gecikib. çünki "Proyssen"in üzvü ABŞ-ın ikinci liqa təmsilçisi "Feniks Rizinq"lə anlaşıb. Amerikalıların təklifi daha cəlbedici olduğundan, Rüfət Almaniyanı tərk etmək qərarına gəlib.

Bundesliqa klubu da hücumçu axtarışlarını İspaniyada davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest