İtaliya A seriyasının XIX turunda "Roma" üzərində səfər qələbəsi qazanan "Yuventus" (2:1) liderliyə yüksəlib. "Qoca sinyora" bununla özünəməxsus rekorda imza atıb. Turin təmsilçisi cari mövsüm A seriyasında 15 qələbədən 11-də rəqibini 1 top fərqi ilə üstələyib.

İtaliya A seriyasının XIX turunda "Roma" üzərində səfər qələbəsi qazanan "Yuventus" (2:1) liderliyə yüksəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" bununla özünəməxsus rekorda imza atıb.

Belə ki, Turin təmsilçisi cari mövsüm A seriyasında 15 qələbədən 11-də rəqibini 1 top fərqi ilə üstələyib. Top-5 liqalarda italyanların ən yaxın izləyicisi "Liverpul"du. Qırmızılar Premyer Liqanın 10 görüşündə 1 top fərqli qələbəyə sevinib.

"Yuventus"un qələbə qolunun müəllifi olan Kriştianu Ronaldo isə qollarının sayını 14-ə çatdırıb. Bununla portuqaliyalı superulduz ardıcıl ikinci mövsüm İtaliya çempionatında ilk dövrədən sonra minimum 14 qol vurmağı bacarıb və Turin klubu tarixinin ikinci göstəricisinə imza atıb. Bu baxımdan rekord Yon Hansenə məxsusdu. O, "qoca sinyora"nın heyətində ardıcıl 3 mövsüm (1950-51, 1951-52, 1952-53) buna nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest