İtaliya A seriyasının XIX turunda "Roma" üzərində səfər qələbəsi qazanan "Yuventus" (2:1) əvəzində bir futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Merih Demiral zədələnib.

3-cü dəqiqədə hesabı açan Türkiyə millisinin mərkəz müdafiəçisi 19-cu dəqiqədə zədələnərək, yerini Matteys de Liqtə verib. Top uğrunda hava mübarizəsindən sonra yerə uğursuz eniş edən Merihin çarpaz bağlarının qopduğu ehtimal edilir. Belə olarsa, futbolçu üçün mövsüm erkən başa çatacaq. Daha dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq.

Həmin qarşılaşmada həmçinin "Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo da zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest