"Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün bu gün Türkiyəyə yola düşüb. Matc.az xəbər verir ki, komanda saat 07:55-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb. 
 
"Aska Resort" hotelində məşkunlaşacaq olan "Sumqayıt" qonşu ölkədə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kapoşvar", 17-də Rumıniyanın "Politexnika" (İaşi), 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq. 4-cü rəqibin kimliyi ilə bağlı məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest