Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirilib. Matc.az xəbər verir ki, günün ilk oyununda ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək çempionlar Liqasında təmsil edəcək "Ulduz"la "Dalğa" qarşılaşıb.
 
Görüş "Dalğa"nın qələbəsiylə yekunlaşıb. "Star karqo-2" "Qarabağ Füzuli"ni, "Atletiko Baku" "Metropoliten"i, "Advokat" "Rayyan"ı, "Red Line" isə "Timsport"u məğlub edib.
 
Azərbaycan kuboku
1/32 final
11 yanvar
 
Dalğa – Ulduz 3:1
 
Star karqo-2 – Qarabağ Füzuli 8:3
 
Atletiko Baku – Metropoliten 7:3
 
Advokat – Rayyan MFC 8:3
 
Timsport – Red Line 1:15
 
Mərhələnin qalan 10 oyunu yanvarın 12-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest