"çox danışmağa ehtiyac yoxdu. Hər şey məlumdu". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamız Millətlər Liqasının qrup mərhələsində sabah Farer adalarını qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Komandanı pis hazırlamamışıq, sabahkı oyunu gözləyirik. Düzgün oyun qurub, uğurlu nəticə əldə etməyə çalışacağıq".

- Pavel Paşayevin durumu necədi?

- Durumu pis deyil, hər şey qaydasındadı.

- Rəqibin baş məşqçisi və kapitanı kifayət qədər iddialı danışdı. Onlardan hər hansı bir sürpriz gözləyirsinizmi və buna hazırsınızmı?

- Rəqibi tam yaxından tanıyırıq. Onlara qarşı oynamışıq. Hər bir komanda belə oyunda iddialı olmalıdı. Biz də iddialıyıq. Hər bir futbolçumuz ən yaxşı oyununu göstərəcək və rəqibin sürprizlərinə hazır olmağa çalışacağıq. Onların Kosovo ilə oyunlarına da baxmışıq. Fərqli heyət, dəyişikliklər. Oyunun gedişində dəyişikliklər edə bilərik. Biz də iddialıyıq və qələbə qazanmağa çalışacağıq.

- ötən oyunlarla müqayisədə heyətə yeni futbolçular cəlb etmisiniz. Start heyətində dəyişiklik planlaşdırırsızmı?

- Bəli, yeni oyunçular var. Amma bununla bağlı fikir bildirə bilmərəm. Sabah oyundan əvvəl heyət bəlli olacaq.

- Son vaxtlar səfər matçlarında daha yaxşı çıxış edirsiniz. Hətta bu, "Qarabağ"a da aiddi. Bunu nə ilə əlaqələndirmək olar?

- Əlaqələndirmək istəməzdim. Bu, bir tərəfdən elə də pis hal deyil. Amma hər halda bütün komandalara baxsaq, evdə daha çox xal toplayırlar. Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla, evdəki matça hazırlaşmaq fərqli olur. Ev sahibi aktiv olmaq, hücumda oynamaq istəyir. öz meydanımızda çıxış edəndə rəqib müdafiədə daha diqqətli olur. Ancaq çox olub ki, rəqibin müdafiə olunmasına baxmayaraq, çox qol vəziyyəti yaratmışıq. Qələbə əzmi ilə hazırlaşırıq və inanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.

- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündümü?

- 2 hücumçu dedikdə, mənim futbolçulardan həmişə tələbim odu ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edək. ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdı. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest