"Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı xavbek "Mançester Yunayted"ə keçə bilər.

Portuqaliya klubunun prezidenti Federiko Varandasla idman direktoru Uqo Viana ilə birlikdə artıq Mançesterə yollanıb. Tərəflər arasında bu günlərdə danışıq baş tutacaq. "Mançester Yunayted"in bu keçid müqabilində qarşı tərəfə 70 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, Bruno Fernandeşin yayda "Real"a transferi gözlənilsə də, keçid son anda baş tutmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest