Millimizin hücumçusu Rüfət Dadaşov karyerasını Amerikada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə "Proyssen" klubunun rəsmi saytı bəyanat yayıb.

Bəyanatda oyunçunun istəyinə görə detalların açıqlanmayacağı bildirilib. 28 yaşlı futbolçu ABŞ-ın ikinci liqa təmsilçisi "Feniks Rizinq"də çıxış edəcək. 

Qeyd edək ki, Rüfət Dadaşov 2018-ci ildən "Proyssen"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest