Türkiyə millisinin baş məşqçisi Şenol Günəş dünən axşam "A Spor" kanalının qonağı olub. Təcrübəli mütəxəssis AVRO 2020 barədə  danışıb. Matc.az xəbər verir ki, Günəş Azərbaycanla yoxlama oyunu keçirəcə biləcəklərini də söyləyib.

"Bilirsiniz ki, olduqca çətin qrupda mübarizə aparacağıq. İlk oyunumuz Romada  İtaliyaya qarşı olacaq. Digər görüşlər isə Azərbaycanda keçiriləcək. Bu yaxınlarda Bakıda oldum. Orada bizə qarşı çox isti münasibət var idi. Ola bilsin ki, Antalya və ya Alanya şəhərində Azərbaycanla yoxlama oyunu keçirdik" - deyə, Günəş bildirib.

Qeyd edək ki, Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. "Ay-ulduzlular" Uels və İsveçrə qarşılaşmalarını Bakıda oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest