"Bornmtun" baş məşqçisi Eddi Hou Asmir Beqoviç haqda danışıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Bosniya və herseqovinalı qapıçının taleyi barədə konkret fikir söyləməyib.

"Mən ondan məmnunam. İnanıram ki, mövsümün yarısını bizimlə birgə keçirəcək. Ancaq bu barədə konkret heç nə deyə bilmirəm. çünki fikirlər dəyişə bilər. Ancaq o, komandamızın bir parçasıdı və hazırda məşqləri yaxşı səviyyədədi" - deyə, Hou bildirib.

Qeyd edək ki,  Beqoviç sonuncu dəfə meydana apreldə  - "Bornmut"un evdə "Bernli"yə 1:3 məğlub olduğu oyunda çıxıb. Hazırda 33 yaşlı futbolçu İngiltərənin yüksək və aşağı liqa klublarının maraq dairəsindədi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest