"Qəbələ" mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn "qırmızı-qaralar" məşqlərini Bakıda gerçəkləşdirir. 
 
Gündə bir dəfə məşq edən komanda hazırlığını Bakı Olimpiya Stadionunda keçirir.
 
"Qəbələ" yanvarın 10-da yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. ötən mövsümün qalibi olan 1-ci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.
 
Yoxlama oyunu
10 yanvar
 
15:00. MOİK - Qəbələ
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest