İtaliyanın "Latsio" klubu cəzalandırılıb. Matc.az xəbər verir ki, paytaxt klubuna 20 min avro pul cəzası verilib.
 
Cəriməyə A Seriyasının 18-ci turunun "Breşiya" ilə səfər matçında "Latsio"lu azarkeşlərin Mario Balotelliyə qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub.
 
"Breşiya" – "Latsio" matçında (1:2) paytaxt klubunun azarkeşlərinin qeyri-etik davranışları səbəbindən oyunda fasilə də yaranmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest