"Keşlə" qış fasiləsi dönəmində daha bir futbolçusu ilə yolları ayırıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi gənc müdafiəçisi Murad Qayalının xidmətindən imtina edib.
 
Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. 21 yaşlı müdafiəçinin yeni klubu isə hələlik bilinmir.
 
Xatırladaq ki, "Keşlə"də daha öncə gənc qapıçı Şahin Zəkiyevin yola salındığı rəsmən açıqlanmışdı. Həmçinin yarımmüdafiəçi Ziya Əzizovun da xidmətindən imtina olunub. Əvəzində paytaxt klubu yalnız özbəkistanın "Bunyodkor" klubundan Şohruh Qadoyev transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest