"Leypsiq"in futbolçusu Dieqo Demme karyerasını İtaliyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi mövsümün ikinci dövrəsindən etibarən "Napoli"nin formasını geyinəcək.

Klublar arasında danışıq müsbət nəticələnib. Anlaşmaya əsasən, bonuslarla birlikdə keçid Bundesliqa təmsilçisinə 12 milyon avro qazandıracaq. Demme artıq Napoliyə yola düşüb. O, Neapol təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. 29 yaşlı oyunçunun sözləşmə müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Dieqo Demme bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest