Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Mançester Yunayted" finala vəsiqə uğrunda "Mançester Siti" ilə mübarizə aparıb. Bu komandalar arasında MY-nin meydanında baş tutan ilk görüş qonaqların inamlı qələbəsiylə başa çatıb.
 
Digər yarımfinal görüşü "Lester Siti" ilə "Aston Villa" arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib.
 
Cavab qarşılaşmaları yanvarın 28-29-da keçiriləcək.
 
İngiltərə Liqa kuboku
Yarımfinalın ilk oyunları
 
7 yanvar
 
Mançester Yunayted – Mançester Siti 1:3
Qol: Reşford, 70 – B.Silva, 17. Mahrez, 33. A.Pereyra, 39-öz qapısına.
 
8 yanvar
 
Lester Siti – Aston Villa 1:1
Qol: İheanaço, 74 – Jilbert, 28.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest