Futbol üzrə İspaniya superkubokunda ilk yarımfinal qarşılaşması baş tutub. Matc.az xəbər verir ki, ilk oyun günündə Madrid "Real"ı "Valensiya" ilə qarşılaşıb.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada qapılara dörd qol vurulub. "Real" bu oyundan inamlı qələbə ilə ayrılaraq finala yüksəlib.
Digər yarımfinal görüşü isə "Barselona" ilə Madrid "Atletiko"su arasında baş tutacaq.
İspaniya superkuboku
Yarımfinal
8 yanvar
Valensiya – Real 1:3
Qol: Parexo, 90+2-pen – Kroos, 15. İsko, 39. Modriç, 66.
9 yanvar
23:00. Barselona - Atletiko