Yayda 12 fərqli ölkədə keçiriləcək Avropa çempionatında ədaləti qoruyacaq hakimlərin təlim-məşq toplanışlarının məkanı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, referilər qitə birinciliyi öncəsi Türkiyədə toplaşacaq.

Belə ki, hakimlər İstanbulda təlim-məşq toplanışı keçəcək. Bu yaxınlarda İstanbulda olan UEFA nümayəndələri etik qaydaları pozmamaq üçün Türkiyə Futbol Federasiyasına məxsus bazanı deyil, "Kasımpaşa"nın bazasını seçiblər.

Bununla bağlı qonşu ölkə mətbuatında "Türkiyə AVRO-2020-nin gizli ev sahibi olacaq" başlıqlı xəbər dərc olunub.

Qeyd edək ki, AVRO-2020-də İtaliya, Türkiyə, İsveçrə və Uelsin yer aldığı A qrupundakı oyunlar Roma və Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest