Bu gün "Bulvar oteldə" AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matc.az saytı xəbər verir ki, yanvarın 28-də AFFA-nın növbəti Konfransının keçirilməsi qərara alınıb.

Həmin vaxta qədər Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdiriləcək və yanvarın 28-dəki növbəti Konfransdan sonra İcraiyyə Komitəsinin ilk iclasında siyahı təqdim olunacaq.

Qeyd edək ki, AFFA AVRO-2020-nin seçmə mərhələsində millimizə başçılıq edən Nikola Yurçeviçlə ötən ilin sonunda yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest