"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa Kubokunun yarımfinalında "Mançester Yunayted"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasından razı qaldığını söyləyib.

O, finala adlayacaqlarına inandığını bildirib: "Matçın əvvəli gərgin keçdi. Ancaq yenə də möhtəşəm qol vurmağı bacardıq. İlk hissəni yaxşı oynadıq. Fasilədən sonra rəqib başqa cür oynamağa başladı, biz isə hesabı qorumağa çalışdıq. Ancaq bu, hələ son deyil, "Mançester Yunayted" qol vurmağı bilir. Ancaq ümid edirəm ki, finala çıxacağıq. "Mançester Yunayted"ə qarşı oynayırdıq, 7:0 hesablı qələbə gözləyirdiniz?".

Qeyd edək ki, Mançester klubları arasında cavab görüşü yanvarın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest