"Real" daha bir gənc futbolçunu transfer edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Flamenqo"nun yarımmüdafiəçisi Reynyer "kral klubu" ilə anlaşıb.

17 yaşlı xavbek Madrid təmsilçisinə 30 milyon avroya başa gəlib. Onun yeni komandası ilə müqavilə müddəti 6,5 illik olacaq. 30 milyonun 24 milyonu "Flamenqo" klubuna, 3 milyonu futbolçunun ailəsinə, 3 milyonu isə menecerinə çatacaq.

Reynyer əvvəlcə əvəzedici komanda olan "Kastilya"da çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest