"Neftçi"nin sabiq baş məşqçisi Anatoli Demyanenko özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis Slovakiyanın "Nitra" klubunun baş məşqçisi təyin olunub.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı məşqçinin qarşısına komandanı Super Liqada saxlamaq vəzifəsi qoyulub. "Nitra" 18 turdan sonra 12 kollektiv arasında 11-cidi.
 
Qeyd edək ki, Demyanenko 7 illik fasilədən sonra baş məşqçi təyinatı alıb. O, 2013-cü ildə Ukraynanın "Volın" klubunu tərk etdikdən bəri işsiz idi. 
 
Demyanenko 2008-ci il yanvarın 4-dən avqustun 23-dək "Neftçi"nin baş məşqçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest