Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Denis Qarmaşı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.
 
Qarmaş bu mövsüm "Dinamo"nun heyətində 13 oyunda 813 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest