Azərbaycan yığması Millətlər Liqasında son ev oyununu keçirib. Matç.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri mübarizə apardığı D liqasının III qrupunda V turun görüşünə çıxıb.

Komandamız Bakı Olimpiya Stadionunda Farer adalarını qəbul edib. Əvvəlki iki ev matçında qalib gələ bilməyən millimiz bu dəfə doğma azarkeşlər önündə 3 xala sevinib.

Kosovo ilə 0:0, Malta ilə 1:1 hesablı bərabərliyə imza atan yığmamız ilk yarıda vurulan qollarla matçın taleyini həll edib. Dmitri Nazarov və Mahir Mədətovun qolları ilə önə keçən yığmamız üstünlüyünü görüşün sonunadək qoruyub.

Qeyd edək ki, 5 turdan sonra xal hesabını 9-a çatdıran millimiz 2-ci pillədə qərarlaşıb. Komandamız C liqasına və AVRO-2020-nin pley-offuna yeganə vəsiqə uğrunda mübarizədəki rəqibi Kosovodan 2 xal geri qalır.

 

Millətlər Liqası
V tur, 17 noyabr
D Liqası, III qrup

Azərbaycan – Farer adaları - 2:0
Qollar: Dmitri Nazarov, 18, Mahir Mədətov, 28
Bakı Olimpiya Stadionu. Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr)

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfat Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahat Ağayev, 3. ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov

Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen, 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klamint Olsen
Ehtiyat oyunçular: 12. Teitur Gestsson, 23. Kristian Yoensen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalstovu, 11. Heyni Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Qunnar Vatnhamar, 18. Yoqvan Rua Davidsen, 20. Yoannes Byartalid, 22. Yakup Tomsen
Baş məşqçi: Lars Olsen

 

1.

Kosovo

5

3

2

0

11-2

11

2.

Azərbaycan

5

2

3

0

7-2

9

3.

Farer adaları

5

1

1

3

4-9

4

4.

Malta

5

0

2

3

4-13

2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest