İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"a qarşı keçirilən oyun "Liverpul" (1:0) üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" yenə derbidə məğlub olmayıb.

"Everton" 2010-cu ildən bəri Liverpul derbilərində qələbə üzü görməyib. Eyni zamanda "Liverpul" 1999-cu ildən "Enfild Roud"da rəqibinə uduzmur. Son 21 Mersisayd derbisində "Everton"un üzü gülməyib - 10 heç-heçə, 11 məğlubiyyət. Bu da rekord göstəricidi.

"Enfild Roud"dakı son 23 qarşılaşmada da fərqli bir hadisə baş verməyib. Bunun 13-də "Liverpul" qələbə qazanıb, 10 görüşdə bərabərlik qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest