"Yuventus"un hücumçusu Kvan-Son Han komandasını dəyişir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, şimali koreyalı forvard Qətərə köçür.

Maraqlıdı ki, Turin təmsilçisi ötən ilin yayında "Kalyari"dən icarəyə götürdüyü 22 yaşlı forvardı bir neçə gün əvvəl birdəfəlik transfer etmişdi. Lakin futbolçu Qətərin "Əl-Duhail" klubuna satılır. Son yeni komandasında artıq tibbi müayinədən keçib. Tezliklə münasibətlər rəsmiləşəcək.

Qeyd edək ki, "Yuventus" digər futbolçuları Medhi Benatia və Mario Mandzukiçi də "Əl-Duhail"ə satıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest