"Çelsi"nin hücumçusu Olivye Jiru bu qış klubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar"ın baş məşqçisi Frenk Lempard da buna qarşı deyil.

Gənc mütəxəssis açıqlamasında 33 yaşlı forvardla yolları ayırmağa hazır olduqlarını bildirib: "Onunla bağlı hələ rəsmi məlumat yoxdu. Özü ilə danışmışam. Klubumuza ziyan vurmayacaq bir seçimi varsa, gedə bilər. Təbii ki, yalnız şərtlərimiz qəbul olunacağı təqdirdə".

Qeyd edək ki, "Yuventus", "İnter" və "Nyukasl" Olivye Jirunun keçidində maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest