Belçikanın "Brügge" klubu Qətərdə həyata keçirəcəyi təlim-məşq toplanışı üçün heyətini açıqlayıb. Matc.az xəbər verir ki, mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürülən Mbaye Dianye bu toplanışa aparılmayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi 29 futbolçuya yer verdiyi siyahıya seneqallı forvardı daxil etməyib.
 
28 yaşlı futbolçuya bu cür münasibətin səbəbi onun intizamsız davranışıdı. Mbaye bu mövsüm "Brügge"də çıxdığı 6 oyunda 4 qol vurmasına baxmayaraq, məhz intizamsız davranışları səbəbindən baş məşqçi Filipp Kleman tərəfindən heyətdən kənarlaşdırılıb.
 
Seneqallı hücumçunun icarə müddəti bitmədən "Qalatasaray"a qayıdacağına dair xəbərlər də dolaşır. Lakin bunun üçün tərəflərin maddi məsələlərdə tam razılığa gəlməsi lazımdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest