Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İspaniya ilə keçirilən oyunda Xorvatiya yığmasının 3 futbolçusu sonuncu dəfə azarkeşlər önünə çıxıb. Matç.az saytı xəbər verir ki, milli karyerasını başa vuran qapıçı Daniel Subaşiç, müdafiəçi Vedran çorluka və hücumçu Mario Mandzukiç təltif ediliblər.

Oyun başlamazdan əvvəl hər üç oyunçuya forma hədiyyə edilib və üzərində onların keçirdikləri oyun sayı qeyd olunub. Beləliklə, milli karyerasını çorluka 103, Mandzukiç 89, Subaşiç isə 44 matçla yekunlaşdırıb.

Qeyd edək ki, Xorvatiya – İspaniya oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest