"Liverpul"un futbolçusu Nabi Keyta sıradan çıxıb. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp BBC-yə açıqlamasında məlumat verib.
 
Almaniyalı mütəxəssisin sözlərinə görə, Keyta, İngiltərə Premyer Liqasının 21-ci turunun "Şeffild Yunayted"lə matçından (2:0) əvvəl isinmə hərəkətləri edərkən zədələnib.
 
Klopp, seneqallı yarımmüdafiəçinin zədə səbəbindən İngiltərə kubokunun "Everton"la matçında iştirak etməyəcəyini bildirib.
 
"Liverpul" – "Everton" matçı yanvarın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest