İngiltərənin "Aston Villa" klubu ciddi itkilərlə üzləşib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Tom Hitonla hücumçusu Uesli sıradan çıxıb.
 
Onların hər ikisi Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan "Bernli" ilə oyunda (2:1) ağır zədə alıb. Vəziyyətləri ciddi olan futbolçuların "Aston Villa"ya bu mövsüm kömək edə bilməyəcəkləri ehtimal olunur.
 
ВВС-nin iddiasına görə, hər iki futbolçunun bərpası üçün azı 6 ay tələb olunur.
 
Qeyd edək ki, "Aston Villa" cari mövsümdə 21 oyuna 21 xal toplayıb və 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest