Bu gün "İdman TV" və Azərbaycan Radiosunda "Extra Time" verilişində İlkin Babanın qonağı Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub. Matc.az xəbər verir ki, verilişdə PFL rəsmisi ölkə kubokunun finalının vaxtı və keçirilmə məkanı haqqında rəsmi məlumatı çatdırıb. 
 
Elgiz Abbasov bildirib ki, ölkə kubokunun finalı may ayının 16-da, "Bank Respublika Arena"da keçiriləcək. Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda Aç-2020 oyunları və "Formula-1" yarışlarına hazırlıq işləridi. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest