Qış fasiləsinə yekun vuran "Zirə" bu gündən etibarən mövsümün qalan hissəsi üçün hazırlığa start verib. Matc.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı kollektiv Bakıda bir araya gəlib.
 
"Qartallar" ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək. Ayın 8-də isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.
 
Qəsəbə təmsilçisi burada "İC Santai" otelində məskunlaşacaq. "Zirə" qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin "ümraniyespor", 16-da Rumıniyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" klubları ilə qarşılaşacaq. 
 
"Qartallar" yanvarın 22-də Bakıya dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest