"Qəbələ" sabah 2019-20 mövsümünün ikinci yarısının hazırlığına start verəcək. "Qırmızı-qaralar" Bakıda bir araya gələcək. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutacaq ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək.

"Qəbələ" sabah 2019-20 mövsümünün ikinci yarısının hazırlığına start verəcək. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Bakıda bir araya gələcək.

Elmar Baxşıyevin rəhbərliyi altında baş tutacaq ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcək. Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.

"Qəbələ" ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki "Trend" otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də "qırmızı-qaralar" Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi "çayka" olacaq.

Ayın 21-də və 25-də keçiriləcək digər iki qarşılaşmadakı rəqiblər dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest