Fransanın "L’Equipe" nəşri 2019-cu ilin ən yaxşı "11-liy"ini açıqlayıb. Simvolik komandaya "Liverpul"un 5 oyunçusu düşüb. Xüsusən də, "qırmızılar"ın 3 müdafiəçisinin rəmzi komandada yer aldığını vurğulamaq olar. Əvəzində komandanın aparıcı oyunçusu Məhəmməd Salah heyətə düşməyib.

Fransanın "L’Equipe" nəşri 2019-cu ilin ən yaxşı "11-liy"ini açıqlayıb. Matc.az saytı xəbər verir ki, simvolik komandaya "Liverpul"un 5 oyunçusu düşüb.

Xüsusən də, "qırmızılar"ın 3 müdafiəçisinin rəmzi komandada yer aldığını vurğulamaq olar. Əvəzində komandanın aparıcı oyunçusu Məhəmməd Salah heyətə düşməyib.

 

Simvolik heyət:

Qapıçı: Alisson Bekker ("Liverpul")

Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Trent Aleksander-Arnold  (hamısı "Liverpul"), Mateys de Liqt ("Ayaks"/"Yuventus")

Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks"/"Barselona"), Kevin de Bruyne ("Mançester Siti"), Sadio Mane ("Liverpul"), Lionel Messi ("Barselona")

Hücumçular: Kriştianu Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest