"Zenit"in hücumçusu Artyom Dzyuba karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Qalatasaray" Rusiya millisinin üzvünə "elçi düşüb".

Hücumçu axtarışında olan "cim-bom" qol yollarındakı problemi 32 yaşlı forvardla həll etmək niyyətindədi. Dzyubanın "Zenit"lə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, onun ucuz qiymətə İstanbul nəhənginə keçməsi istisna edilmir. Transfer reallaşsa, Dzyuba karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Artyom Dzyuba bu mövsüm Premyer Liqada 11 qol, 9 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest