Zədədən əziyyət çəkən Lukaş Fabianskiyə əvəzləyici axtarışını davam etdirən "Vest Hem"in ilk cəhdi uğursuzluqla nəticələnib. Premyer Liqa təmsilçisi "Midlsbro"nun qolkiperi Darren Rendolfu heyətinə qatmağa çalışıb.

Zədədən əziyyət çəkən Lukaş Fabianskiyə əvəzləyici axtarışını davam etdirən "Vest Hem"in ilk cəhdi uğursuzluqla nəticələnib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi "Midlsbro"nun qolkiperi Darren Rendolfu heyətinə qatmağa çalışıb.

Lakin çempionşip klubu İrlandiya millisinin qolkiperini satmağa razılıq verməyib. Bu üzdən "Midlsbro" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan 32 yaşlı qapıçı komandasında qalıb.

Rendolfdan əli üzülən "Vest Hem" diqqətini mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviçə yönəldib. Azərbaycan çempionunun da qaytarmaq istədiyi bosniyalı üçün londonlular müqavilə ilə məxsus olduğu "Bornmut"la danışıq aparmağa hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest